Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir:“Monitorinqlər zamanı ermənilərin mədəni abidələrimizi qəsdən dağıtdığı aşkarlanıb”

 

“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı mədəni irsimizə də təsirsiz ötüşməyib. Monitorinqlər zamanı onların qəsdən dağıdıldığı, bir sıra tarixi abidələrin qəsdən dəyişdirildiyi aşkar edilib”.

Yenixeber.org: Bunu mədəniyyət naziri Anar Kərimov UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.

“411 tarix mədəniyyət abidəsinə baxış keçirilib. 864 mədəniyyət müəssisəsində monitorinq aparılıb” - nazir bildirib.

Onun sözlərinə görə, monitorinqlər zamanı onların qəsdən dağıdıldığı, bir sıra tarixi abidələrin qəsdən dəyişdirildiyi aşkar edilib:

“Azad edilən ərazilərə səfər edən beynəlxalq təşkilatların nümayəndələri də bunların şahidi olublar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam