Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tonlarla xurmanı sata bilməyən fermerlər çarəsiz durumda -VİDEO

 

Tovuzda xurma bağlarında məhsulun yığımı aparılır.

Yenixeber.org: Bu il alıcılıq qabiliyyətinin azalması və qiymətlərin xeyli aşağı olması fermerləri çətin vəziyyətə salıb.

Fermer Rafiq Nəsibov bu il 10 tona qədər məhsul yığıb. Lakin məhsulun yarısını hələ sata bilməyib. Xurmanın bu növünə, yəni el arasında “şiş burun” adlanan xurmaya ötən illərlə müqayisədə demək olar ki, tələbat yoxdur.

Hazırda xurmanın bir kiloqramı təxminən 30-33 qəpikdir. Qablaşdırılan səbətlər və yeşiklərdə xurmanın tutumu 7-10 kiloqram arasındadır. Elə satış da qablarda gerçəkləşdirilir. Xurmanın tez xarab olan meyvə olduğunu nəzərə alsaq, bağ sahiblərinin narahatlığı başa düşüləndir. İmkanı olan məhsulunu soyuducu anbarlarda saxlasa da, bunu edə bilməyənlərin məhsulları elə bağlarda batır. Digər mövsüm meyvələri kimi bu il xurmanın da alıcısız qalmasının əsas səbəbi məhsulun Rusiya bazarına çıxarıla bilməməsidir.

Qeyd edək ki, Tovuzda 288,6 hektar xurma bağı var. Onun 251 hektarı bar verən bağlardır. Orta məhsuldarlıq 1 hektar üzrə 265 sentner təşkil edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam