Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabirabadda polis əməkdaşları Vətən Müharibəsi zamanı şəhid olmuş Daxili Qoşunlarının hərbi qulluqçusunun ailəsini ziyarət ediblər

Sabirabadda polis əməkdaşları Vətən Müharibəsi zamanı şəhid olmuş Daxili Qoşunlarının hərbi qulluqçusunun ailəsini ziyarət ediblər

Yenixeber.org: Sabirabad Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu İsmayıl Məmmədovun ailə üzvlərini ziyarət ediblər.

Görüş zamanı şöbə əməkdaşları ailənin qayğıları ilə maraqlanıb, hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışaraq, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıblar.

Görüş zamanı polis əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət sovqatları təqdim ediblər. Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda RPŞ-nin əməkdaşları şəhidin ailə üzvləri birgə şəhidin məzarını ziyarət edərək önünə əklil qoyublar.  

 

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam