Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həbs edilən sabiq rəisin Türkiyədə mülkləri üzə çıxdı

Həbs edilən sabiq rəisin Türkiyədə mülkləri üzə çıxdı

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov 2016-cı ildən Türkiyə vətəndaşlığını alıb.
Yenixeber.org: Zakir Sultanov barəsindəki cinayət işində onun Türkiyədə bir çox mülkləri olduğu ortaya çıxıb.
Belə ki, həmin əmlaklar 2010-2011-ci illərdə alınıb.
Onun İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağazası var, həmin mağaza hazırda icarədədir.
İstanbul şəhəri, Beşiktaş rayonu, Ortaköy küçəsində yerləşən mənzili isə artıq sökülüb. Eyni zamanda, İstanbul şəhəri, Şişli rayonu, Şişli küçəsində yerləşən mağazası da var, hazırda həyat yoldaşının yaxın qohumu tərəfindən şirniyyat evi kimi işlədilir.
Bundan başqa, İstanbul şəhəri, Bakırköy rayonu, Osmaniye küçəsində yerləşən mağazası da olub, həmin mağaza isə təxminən iki il bundan qabaq onun tərəfindən satılıb.
Qeyd edilənlərlə yanaşı, İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində mənzili, İzmir şəhəri, Çeşme rayonu, Alaçatı küçəsində bağ evi var.
İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağazadan başqa qalan əmlaklar anası tərəfindən alınaraq ona bağışlanılıb.
Z.Sultanov 2016-cı ildə Türkiyədə “Akbank”dan 7 600 000 türk lirəsi kredit götürüb və hazırda həmin kredit ödənilməmiş qalır.
Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Zakir Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib.(apa)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam