Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“GoMap.az”da -Qərbi Azərbaycanın toponimləri bərpa olunub

“GoMap.az”da Qərbi Azərbaycanın toponimləri bərpa olunub

“GoMap.az” elektron platformasında Qərbi Azərbaycanın toponimləri bərpa olunub. Ermənistanın regionda dəyişmiş olduğu bütün mədəni və tarixi abidələrin adları artıq Azərbaycan dilindəki tarixi adları ilə nümayiş olunur.

Yenixeber.org: “Qərbi Azərbaycanın yaddaşı” layihəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi ilə "Sinam" şirkəti tərəfindən həyata keçirilib.

“Sinam” şirkətinin prezidenti Elçin Əliyev layihənin təqdimatında bildirib ki, Qərbi Azərbaycandakı tarixi adların bərpası tarixi ədaləti bərpa etməyə imkan verib.

Onun sözlərinə görə, rəqəmsal inkişaf dövründə tarixi silmək mümkün deyil. “Elektron platforma sayəsində bütün dünyaya həqiqi adları nümayiş etdirə bildik”.

O deyib ki, layihə çərçivəsində 1000-dən çox toponimin bərpa olunub: “Ümid edirik ki, həmin ərazilərdən olan məcburi köçkünlər elektron platformaya daxil olaraq, doğulduqları yerləri qeyd edəcək, həmçinin həmin yerlərin şəkillərini əlavə edəcəklər”.

E. Əliyev əlavə edib ki, bu, regionunun tarixi toponimləri haqqında həqiqətləri dünyaya çatdırmağa imkan verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam