Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Astronavtlar açıq kosmosda riskli əməliyyat reallaşdırdı-FOTO

Astronavtlar açıq kosmosda riskli əməliyyat reallaşdırdı

NASA astronavtları Beynəlxalq Kosmik Stansiyanın antenasını dəyişmək üçün açıq kosmosa çıxıblar.
Yenixeber.org: Bu barədə NASA məlumat yayıb.
Bildirilir ki, riskli fəaliyyətlərdən sayılan açıq kosmosa çıxış 14:15-də baş tutub. Bundan əvvəl agentlik çərşənbə axşamı iki astronavtın stansiyadan kosmosa çıxması ilə bağlı planlaşdırılan işləri ləğv etmişdi. Buna səbəb kosmik zibil yığınları olub.
Əməliyyatı veteran astronavt Tom Marşburn və Kayla Berron tərəfindən yerinə yetirilib. Onların əsas vəzifəsi bu yaxınlarda sıradan çıxan BKS-ə məxsus antenanı əvəz etmək olub. NASA vurğulayır ki, yaranmış problem Yerlə rabitəyə ciddi təsir göstərməsə də, əlavə antenanın quraşdırılması ehtiyat rabitə kanalı kimi faydalı olacaq.




Riskli əməliyyatın təxminən 6,5 saat davam etməsi planlaşdırılır. Marşburn üçün bu, karyerasında beşinci, kosmosa ilk uçuşunu edən Berron üçün isə ilk əməliyyatıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam