Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kosmosa ilk dəfə ərəb gedir-Bu tarixdə

 

Sentyabrın 25-də Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilən və göyərtəsində ilk ərəb astronavtın da olduğu “Soyuz-15” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib.

Yenixeber.org: TASS  xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk astronavtı Həzaa əl-Mənsuri ilə yanaşı, kosmik gəminin ekipajına rusiyalı kosmonavt Oleq Skripoçka və NASA-nın astronavtı Cessika Meir də daxildir.

“Roskomos”un məlumatında bildirilir ki, ərəb aeronavtın kosmik missiyası qısamüddətli olacaq və o, oktyabrın 3-də Yerə qayıdacaq. BƏƏ-nin ikinci astronavtı - əl-Mənsurinin dublyoru Sultan ən-Niyadi tezliklə Rusiyanın pilotlu kosmik proqramı çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək. 

Bunu jurnalistlərə müsahibəsində Əmirliklərin Ali Təhsil və İxtisasartırma naziri Əhməd ben Abdalla Humeyd Belhul əl-Fəlasi söyləyib. Nazir qeyd edib ki, BƏƏ öz kosmik proqramını inkişaf etdirmək istəyir və hazırda Beynəlxalq Kosmik Stansiyada olan astronavtın təhlükəsiz şəkildə Yerə qayıtması və yeni astronavtların kosmosa göndərilməsi üzərində iş aparılır. “Roskomos”un rəhbəri Dmitri Roqozin isə bildirib ki, Rusiya tərəfi gələcəkdə BƏƏ-nin öz kosmik gəmisinin orbitə göndərilməsi istiqamətində qarşı tərəflə birgə proqram hazırlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam