Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Ya vətəndaş müharibəsi, ya da Paşinyanın həbsi -Ermənistan seçim qarşısında

Ya vətəndaş müharibəsi, ya da Paşinyanın həbsi - Ermənistan seçim qarşısında

Ölkədə vətəndaş müharibəsinə alternativ Paşinyanın həbsidir.

Yenixeber.org: Bunu “Çiçəklənən Ermənistan” fraksiyasının millət vəkili Naira Zohrabyan 26 fevralda jurnalistlərlə görüşündə bildirib.

“Paşinyanın komendant saatı tətbiq etmək və hakimiyyətinin ömrünü uzatmaq üçün xaosa ehtiyacı var. Azadlıq meydanında toplanan vətəndaşları xain adlandıran Paşinyanın açıqlamaları ilə əlaqədar polis, Milli Təhlükəsizlik Xidməti və Baş Prokurorluğu təcili olaraq tədbir görməyə çağırıram. Çünki Paşinyan bununla qarşıdurmalar üçün bəhanə yaratmaq istəyir. Əlavə olaraq dedi ki, gəlib məni vursunlar. Yəni özü istefa etməyəcək, qan istəyir və vətəndaş müharibəsinin olması üçün hər şeyi edəcək. Adının xainlərin adlarının yanında yazılacağını bilir və indi cəmiyyətdə mərhəmət oyatmağa çalışır. Qarabağa nifrət edir. Hələ 2007-ci ildə dedi ki, Qarabağ bizim baş ağrımızdır və əlaqəni ləğv etmək üçün bu problemlə mübarizə aparmalıyıq”.

Onun sözlərinə görə, Paşinyanın dünənki mitinqində iştirak edənlər arasında işdən çıxarılmaqla təhdid edilərək ora gətirilənlər var, amma şüurlu şəkildə onu dəstəkləyənlər də var: “Niyə Paşinyanın tərəfdarları noyabrda təslim aktını imzalayarkən onların fikirlərini nəzərə almadığını soruşmadı?”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam