Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

İsrail COVID-19 peyvəndi qarşılığında ölkələrə Qüdsdə səfirlik açmaq üçün təzyiq göstərir -İDDİA

İsrailin COVID-19 peyvəndi qarşılığında ölkələrə öz səfirliklərini Qüdsdə açmaq üçün təzyiq etdiyi iddia edilir. 
Yenixeber.org: "Anadolu" xəbər verir ki, ABŞ-dan sonra Qüdsdə səfirliyini açan ikinci ölkə olan Honduras da İsrail stoklarından 5000 COVID-19 peyvəndi alacaq.

Xəbərdə deyilir ki, adının verilməsini istəməyən mənbədə yaxın vaxtlarda peyvənd almaq üçün Hondurasdan təyyarə gələcək. Quatemala və Çexiyanın da eyni şəkildə peyvənd alacağı deyilir. 
Eyni mənbə qeyd edir ki, Quatemala ABŞ-dan sonra Qüdsdə səfirliyini açan ikinci ölkədir. Bundan başqa Honduras və Çexiyanın da eyni addımı atacağına da diqqət çəkilib. 
İsrailin Müdafiə naziri Beni Qantz öz tvitter hesabında məsələyə münasibət bildirib. O, Binyamin Netanyahunun belə bir addımını qanunsuz adlandırıb. Nazir açıqlamasında bildirib ki, peyvəndlər İsrail vətəndaşlarının ödədiyi vergilərlə əldə olunub:
"Həqiqət budur ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərin hesabına alınan peyvəndlər üzərindən ticarət aparır və o, bir dövlətə deyil, bir krallığa hakim olduğunu düşünür".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam