Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Muharrem İnce: -“Türkiyənin Azərbaycana yardımına qarşı olanlarla yolumu ayırıram”

Muharrem İnce: “Türkiyənin Azərbaycana yardımına qarşı olanlarla yolumu ayırıram”

Bu gün türkiyəli siyasətçi Muharrem İnce Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcək.

Yenixeber.org: “Habertürk” xəbər verir ki, bunu müxalifətçi yaratdığı “Min gündə məmləkət hərəkatı”nın Ankaradakı ofisi qarşısında açıqlayıb.

“Müxalifət partiyadaxili demokratiyanı yox edərək millətə demokratiya vəd etsən, heç kəs sənə inanmaz. CHP-də Atatürk deyə bilməyən CHP-çi rəhbərlərin olması bizi məyus edir. Bu gün yolayrıcında olduğumu bilirəm. Partiyanı idarə edənlər partiyanın övladlarına iftira atıb. Ortada prinsip və dəyər qalmayıb. Layəqət yoxdur. Atatürkün partiyası qalmayıb. Atatürk deyə bilməyənlərdən yolumu ayırıram. Saxta CHP-çilərlə yolumu ayırıram. FETO-çuları qoruyanlarla yolumu ayırıram. “Təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” deyənlərlə yolumu ayırıram. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. “Liviyada nə işimiz var” deyənlərdən ayrılıram”, - o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam