Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Hikmət Hacıyev -xarici jurnalistlərin suallarını cavablandırıb

Hikmət Hacıyev xarici jurnalistlərin suallarını cavablandırıb

Dekabrın 9-da Global Journalism Council-un təşkilatçılığı ilə Azərbaycana səfər edən xarici jurnalistlər işğaldan azad edilmiş ərazilərimizdə - Füzulidə, Ağdamda, eləcə də ən çox raket hücumuna məruz qalan Tərtərdə olublar.

Yenixeber.org: Xarici jurnalistlər ermənilərin törətdiyi vəhşiliklə yerində tanış olublar. Məcburi köçkünlərlə görüşərək gerçəkləri həm də işğal hadisələrinin canlı şahidlərinin dilindən eşidiblər.

Dekabrın 12-də Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizə səfər edən xarici jurnalistləri qəbul edib və onların suallarını cavablandırıb.

H.Hacıyev Ermənistanın işğalçılıq siyasəti və son vəziyyətlə bağlı əcnəbi jurnalistləri məlumatlandırıb.

Prezidentin köməkçisi xüsusilə ermənilərin mədəni və mənəvi sərvətlərimizə vurduğu ziyan barədə danışaraq nə zamansa maddi müstəvidə dəyən zərərin bərpa olunacağını, ancaq maddi və mədəni zərərin çətin sağalacağını deyib.

Hikmət Hacıyevlə görüşdə Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri azərbaycanlı jurnalist Elşad Eyvazlı, əcnəbi jurnalistlər Shinji Hashimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist, USA), Jordi Banos (La Vanguardia-Spain), Filippo Cicciu (RSI Switzerland), Albert Naya (CNN İspanya),Paul Osterlund (Foreign Policy -USA), Ilya Topper (EFE, Spain), Kahraman Haliscelik (GJC) və İsmail Bayazit (GJC) iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam