Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

“Amnesty International”ın məsləhətçisi -ermənilərin vəhşiliklərindən və vandalizmindən danışıb

“Amnesty International”ın məsləhətçisi ermənilərin vəhşiliklərindən və vandalizmindən danışıb

“Amnesty International”ın böhran vəziyyətləri üzrə baş məsləhətçisi Donatella Rovera ermənilərin törətdiyi vəhşiliklərdən və vandalizm aktlarından danışıb.

Yenixeber.org: D.Rovera tvitter səhifəsində Azərbaycan torpaqlarında erməni vandalizminin və xalqa qarşı təcavüzün daha bir sübutu olan fotoları paylaşıb.

Belə ki, o, paylaşımlarının birində azad edilmiş torpaqlarda yerləşən və erməni vandallarının Azərbaycan xalqı ilə bağlı hər şeyi yer üzündən silməyə çalışdığı qəbiristanlıqlardan birinin fotolarını yayımlayıb.

“Kəlbəcər rayonundakı qəbiristanlıqda 1993-cü ildəki işğala qədər olan dövrdə burada dəfn edilmiş azərbaycanlıların məzar daşları dağıdılıb. Qəbirlərin bir qismi bu yaxınlarda, görünür, 27 illik işğaldan sonra keçən həftə ərazini tərk edən ermənilər tərəfdən dağıdılıb”, - o yazıb.

Digər postunda D.Rovera erməni təcavüzünün qurbanı olan gəncəli balaca Nigardan bəhs edib.

“O mənim yeganə övladım, hər şeyim idi”, - vəfat edən qızın anası ona deyib.

Qarabağda erməni vandalizminin aktları ilə, sözün əsl mənasında, hər addımbaşı qarşılaşırsan.

“Qarabağın Kəlbəcər rayonundakı lüt qalmış evlər. 27 illik işğal ərzində hər şey talan edilib - 1993-cü ildə qaçan azərbaycanlıların evlərində nə qapı, nə pəncərə, nə də dam örtüyü qalıb”, - D.Rovera yazır.

Ermənilərin Gəncəni bombalamasının nəticəsində yaranmış dağıntıların miqyası “Amnesty International”ın məsləhətçisini məəttəl qoyub. Postlarının birində o yazır: “Anar, Nurçin və 8 qonşu oktyabrın 11-də Ermənistan silahlı birləşmələri tərəfindən endirilmiş növbəti ballistik raket zərbəsi nəticəsində evlərində yatarkən öldürülüb. “Anar və Nurçinin iki övladı yetim qaldı”, - kədərli halda Anarın atası mənə bildirdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam