Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ATƏŞ XƏTTİ: Düşmən Tərtər istiqamətində hərbi cinayətlərini davam etdirir

 


Vətən müharibəsinin 19-cu günü Tərtər cəbhəsində durum gərgin olaraq qalır. Ermənistan Silahlı Qüvvələri oktyabrın 15-də səhər 8-dən başlayaraq yenidən Tərtər istiqamətində xaotik atəşi davam etdirib. Düşmən dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə alır.

Yenixeber.org: Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçalarıdır. Cəbhə bölgəsində olan reportyorumuz xəbər verir ki, düşmənin nizamsız atəşlərinə Azərbaycan Ordusunun hissələri qarşılıq verir, atəş nöqtələrinin məhvi istiqamətində tədbirlər görür. Hazırda döyüşlər davam edir.

Qeyd edək ki, sentyabrın 27-də 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.  Bundan sonra cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. 2 həftəlik döyüşlərdən sonra Ermənistan tərəfinin yalvarışları nəticəsində Rusiyada humanitar atəşkəs razılaşması əldə olunub. 1 gün sonra, 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə nüvə başlığı daşıya bilən R-17 Elbrus (Skad B) raketi atılıb. Nəticədə 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb. Ermənistan hərbi-siyasi rəhbərliyi gecə yarısı evlərində yatmış Azərbaycanın mülki vətəndaşlarına qarşı hərbi cinayət törətməklə humanitar atəşkəs razılaşmasını faktiki olaraq aradan qaldırıb.(musavat)

E.MƏMMƏDƏLİYEV
Tərtər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam