Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Etirazçılar Lukaşenkonun iqamətgahına yürüş edirlər-YENİLƏNİB+FOTO

 

 Minskdə keçirilən "Həmrəylik Marşı" aksiyasına toplaşan on minlərlə insan Belarus Prezidenti Aleksandr Lukaşenkonun iqamətgahına tərəf gedir.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, güc strukturları hələ ki insanların hərəkətinə mane olmurlar, lakin şəhərin mərkəzinə cəlb olunmuş milis naryadları hazır vəziyyətdədirlər və əmr gözləyirlər.

16:40

Hüquq-mühafizə orqanları Minskdə "Həmrəylik Marşı" adlı etiraz aksiyasının iştirakçılarının saxlanılmasına başlayıblar.

Yerli KİV-lər bildirir ki, bunu jurnalistlərə Minsk Baş Polis İdarəsinin mətbuat katibi Natalya Qanuseviç deyib.

**16:15

 

Belarus müxalifətinin tərəfdarları Minskin mərkəzində- icazəsiz etiraz aksiyasının planlaşdırıldığı ərazidə toplaşıblar.

“İnterfaks” bildirir ki, etirazçılar Müstəqillik prospektində kiçik qruplarla yığışırlar və bütün prospekt boyunca düzülürlər. Müşahidəçilərin dediklərinə görə, Müstəqillik prospektinin Nemiqadan "Qalereya"ya qədər olan hissəsində min nəfərə yaxın adam var.

Öz növbəsində TASS xəbər verir ki, Dövlət Bayrağı Meydanının və BelEkspo sərgi mərkəzinin yanında yerləşən Prezident İqamətgahının yaxınlığında nəqliyyatın hərəkəti tam bloklanıb.

Qeyd edilir ki, güc strukturlarının əməkdaşları Lukaşenkonun iqamətgahına aparan yol qovşağında tikanlı məftildən sədd çəkiblər. Orada iki zirehli transportyor peyda olub.

İqamətgahın yaxınlığında isə səkkiz zirehli kəşfiyyat və patrul maşını (BRDM) var. Bilavasitə  Ali Məhkəmənin binası yaxınlıqda təhlükəsizlik qüvvələrinin- “OMON” və daxili qoşunların maşınları növbə çəkir. Sərgi mərkəzinin yaxınlığındakı ərazi isə daxili qoşunların avtomatlarla silahlanmış əsgərləri tərəfindən mühasirəyə alınıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam