Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL:Nazirlik tələbələrin pulunu ödəməyib?/VİDEO

Qərbi Kaspi Universiteti dövlət sifarişli əsaslarla oxuyan tələbələrdən təhsil haqqı tələb edir.
Yenixeberorg.com: Bu varədə universitetin tələbələri bildirib. Onların sözlərinə görə, hər tələbəyə müxtəlif miqdarda borc yazılıb.
Universitetdən tələbələrə siyahı göndərilib və siyahıda hər tələbənin ödəməli olduğu borcun miqdarı qeyd edilib. Tələbələrə bildirilib ki, Elm və Təhsil Nazirliyi onların təhsil haqqını universitetə yarımçıq ödəyib. Təhsil haqqının qalan hissəsini də tələbələr özləri ödəməlidir.
Lakin universitet tələbələrə bununla bağlı heç bir rəsmi sənəd təqdim etməyib. Tələbələr bildirib ki, onların rəsmi portalda akademik borclarının olmadığı göstərilir. Buna baxmayaraq, universitet tələbələrdən 340, 350, 375 manat qədərində pul tələb edir:
“Biz dövlət sifarişi əsasında təhsil alırıq. Bizə bildirirlər ki, bu təhsil üçün Elm və Təhsil Nazirliyi daxil olduğumuz universitetə pul ödəməli olsa da, bu pulu tam ödəməyib. Pul tam ödənmədiyi üçün də qalanını bizdən tələb edirlər”.
Tələbələrin sözlərinə görə, bu məbləği ödəməyən tələbələr imtahanlara buraxılmayacaq.
Qərbi Kaspi Universitetindən isə bldirilib ki, tələbələrin şikayəti araşdırılır və araşdırmadan sonra bu barədə məlumat veriləcək.(Tribuna.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam