Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Elm və təhsil sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı müzakirə olundu-FOTOLAR

 

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusif bin Abdullah əl-Binyanın dəvəti əsasında Səudiyyə Ərəbistanı Krallığına səfər edib.

Yenixeber.org xəbər verir ki, səfər çərçivəsində Emin Əmrullayev Yusif bin Abdullah əl-Binyanla görüşüb.

Görüş zamanı iki ölkə arasında ali təhsil və peşə təhsili sahələrində cari əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb. Bundan başqa, nümayəndə heyəti Kral Səud Universitetini ziyarət edib.

Universitetin rektoru Ali Masmali ilə görüş keçirilib, Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Səfər zamanı nümayəndə heyəti Kral Əbdüləziz Elm və Texnologiya Şəhərini ziyarət edib, burada yaradılmış müasir laboratoriyalar, inkubasiya mərkəzi və innovasiya ekosistemi ilə tanış olub.

Emin Əmrullayev və Kral Əbdüləziz Elm və Texnologiya Şəhərinin prezidenti Munir Eldesouki arasında baş tutan görüş çərçivəsində əməkdaşlıq imkanları barədə ətraflı müzakirə aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam