Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirdən pensiyalarla bağlı açıqlama:İlin sonunadək...

Nazirdən pensiyalarla bağlı açıqlama:

 

Əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi ilə bağlı layihə ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacaq

Yenixeber.org: Bunu İstanbulda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir xatırladıb ki, 2017-ci il iyunun 1-dən "Əmək pensiyaları haqqında" qanuna müvafiq dəyişikliklər edilib: "Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Bu da ondan ibarətdir ki, hər ilin əvvəlində əvvəlki il əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyanın bütün məbləği indeksləşdiriləcək. Biz ilin sonunda Dövlət Statistika komitəsindən 2017-ci il üçün ölkədə orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat alacağıq və həmin səviyyəyə uyğun olaraq əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi barədə müvafiq təklifi dövlət başçımıza təqdim edəcəyik".

S.Müslümov hesab edir ki, bu, düzgün metoddur. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində əmək pensiyalarının artımı bur formada həyata keçirilir: "Çünki yeni edilən dəyişikliklərə görə artıq əmək pensiyalarının baza hissəsi deyilən bir anlayış yoxdur. Əvvəllər baza hissəsi cənab Prezidentin müvafiq sərancamına görə artırılırdı, sığorta hissəsi isə ölkədə infliyasiya faizinə uyğun olaraq indeksləşdirilirdi. Artıq baza hissəsi deyilən bir anlayış yoxdur, əmək pensiyalarının tam məbləği var. Bu məbləğin indeksləşdirilməsi lazımdı və bu indeksləşdirmədə ölkədə orta aylıq əmək haqqının illik artımının faizi əsas götürülüb".

Nazir bildirib ki, bundan başqa, ayrı-ayrı insanların individual yəni fərdi hesablarına daha çox vəsait toplamalarına hər cür şərait yaradılıb. S.Müslümov vurğulayıb ki, onların pensiyalarının artımı buna bağlıdır: "Eyni zamanda yeni qanuna görə sosial sığorta hesabları fərdi hesaba açıqdır. Yəni istənilən şəxs bank vasitəsilə ora vəsait köçürə bilər və bu yolla da özlərinin pensiyasının artımına nail ola bilərlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam