Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“2700 keçmiş bank işçisi iş axtarır”

selim-muslumov“Bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib”.

Xeberinfo.com:   Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin bildirib ki, son dövrdə bankların konsolidasiyası, o cümlədən bankların və valyutadəyişmə məntəqələrinin bağlanması bu sahədə çox sayda insanın işini itirməsinə gətirib çıxarıb.

“Həmin insanlar işsiz kimi qeydiyyatdan keçiblər və onlara işsizlik müavinəti təyin olunub. Son səkkiz ayın məlumatına görə isə banklarda orta aylıq əmək haqqı çox yüksək, təxminən 1252 manatdır.

Nəzərə alsaq ki, bu məbləğin 70%-i müavinət formasında ödənilməlidir, bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən böyük məbləğin ayrılmasını tələb edir. Buna görə də bu il bu məqsədlə ayrılan 15 milyon manat bu məqsədə kifayət etmir”.
Səlim Müslümov bildirib ki, bunun üçün işsizlikdən sığorta sistemi ortada olmalı və hər kəs öz iş yerini sığortalamalıdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam