Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Naxçıvan məktəbliləri Nərimanovda - “Ölkəmizi tanıyaq” - FOTOLAR

 

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən, 54 şəhər və rayondan olan şagirdlər “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalarda iştirak edirlər.

 

Xeberinfo.com:  Məktəblilər tur zamanı ölkəmizin tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olur, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Bayraq meydanları, gənclər mərkəzləri, rəsm qalereyaları, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçirirlər. 

Səfər çərçivəsində məktəblilər Nərimanov rayonunda Novruz bayramı ilə əlaqədar keçirilən şənliyə qatılıb, rayon rəhbərliyi ilə görüşüblər.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov və Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev məktəbliləri salamlayaraq  dövlətimizin başçısının tapşırığına əsasən keçirilən bu aksiyanın onların regionları daha yaxından tanıması və dünyagörüşlərinin artırılması üçün gözəl fürsət olduğunu qeyd edərək, bu turun Novruz bayramı ərəfəsinə təsadüf etdiyinə görə şagird və müəllimləri bayram münasibəti ilə təbrik edib, onların paytaxtımızdan zəngin təəsüratlarla ayrılacaqlarına əminlik ifadə ediblər.

Şagirdlər öz növbəsində bu imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Görüşdə şagird və müəllimlərə xatirə hədiyyələri təqdim olunub. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam