Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

İlqar Bayramlı vərəm faktını niyə gizlədir? -Əsas korpus bağlanıb, dərslər online keçirlir

Peşə Təhsili üzrə Dövlət Agentliyi tərkibində fəaliyyət göstərən bir neçə Peşə Mərkəzində tələbələr arasında vərəm aşkarlanıb.

Məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərkibində fəaliyyət göstərən bir neçə peşə mərkəzində tələbələr arasında vərəm aşkarlanıb. Xüsusilə Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Buzovnada yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (5 saylı) yoluxma halları daha kritik vəziyyətdədir.

Yenixeberorg.com: Agentliyin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova məsələ ilə bağlı açıqlamasında peşə təhsil müəssisələrinin bağlanması barədə yayılan iddiaları təkzib edib və tədris prosesinin davam etdiyini bildirib.

Lakin redaksiyamıza daxil olan məlumatlara əsasən, Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsas korpusu artıq 3 həftədir ki, vərəm səbəbindən fəaliyyətini dayandırıb. Bildirilir ki, tələbələr arasında kütləvi yoluxma müşahidə olunduğundan dərslər onlayn formata keçirilib.

Eyni vəziyyətin Buzovnada yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinində yaşandığı qeyd olunur. Məlumata görə, müayinəyə cəlb edilən tələbələr arasında yoluxma sayı kifayət qədər yüksək olub və bu səbəbdən dərslər əsas korpusda dayandırılıb. Bundan əlavə, digər peşə mərkəzlərində də vərəm halları ilə bağlı şübhələrin olduğu iddia edilir. Daha bir məlumata görə, vərəmə yoluxan tələbələrdən bir neçəsinin vəziyyəti olduqca ağırdır.

Qeyd edək ki, Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi təyin olunan Əlağa Kərimovdur. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru isə Pərviz Həmzəyevdir.(bizimesr.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam