Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Bərdə doğum evindən QALMAQAL –Həkimin aparatı qəsb edilib

Bərdə doğum evindən QALMAQAL –
Bərdə səhiyyəsində özbaşınalıqlar və şübhəli maliyyə əməliyyatları baş alıb gedir.
Yenixeberorg.com: Məlumata görə, rayonun doğum evi ilə bağlı yeni faktlar üzə çıxıb. Məlumata görə, Bərdənin doğum evində Baxşeyiş həkimin şəxsi vəsaiti hesabına alınan aparat uğrunda mübarizə gedir. Belə ki, həmin aparatla bağlı direktor müavini Vasif hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirilir ki, rayon prokurorluğun və polisinə şikayət edərək sözügedən aparatın doğum evinin anbarına qoyulmasını tələb edir. Halbuki həmin avadanlıq Baxşeyiş həkimin öz vəsaiti hesabına alınıb və doğum evinə məxsus deyil. Məlumatda deyilir ki, hətta bu şikayətin ardınca aparat təmirdən geri qaytarılıb və doğum evinin anbarına qoyulub. Burada əsas məqsəd isə odur ki, xəstəxanaya maliyyə yoxlaması gələndə doğum evinin müdiri Tünzalə Bəşirova və müavini Vasif həkimə bir problem yaranmasın.
Bərdə doğum evində qalmaqala səbəb olan bu hadisə indi bir məsələni açıq qoyur: Bərdə səhiyyə şöbəsi nə vaxtsa bu aparatdan alıbmı? Və alıbsa harada istifadə olunub? Üstəlik, təşkilatın direktoru olduğu halda Vasif doktor və Tünzalə xanım bu məsələyə görə niyə canfəşanlıq edirlər? Bütün hallarda məsələnin araşdırılmasına ehtiyac var. Çünki Baxşeyiş həkimin öz cibinin pulu ilə aldığı aparatı əlindən alaraq doğum evinin anbarına yerləşdiriblər, bu azmış kimi, avadanlığın tibb ocağına aid olduğunu həyasız şəkildə iddia edirlər. Görünür ki, dövlətin vəsaiti ilə alınmış, yaxud heç alınmayıb pulu yeyilmiş avadanlığın yerini Baxşeyiş doktorun aldığı ilə doldurmağa, öz qanunsuz hərəkətlərini isə ört-basdır etməyə çalışıblar. Qeyd olunur ki, məsələ barədə Səhiyyə Nazirliyindən, TƏBİB-dən və TƏBİB-in Bərdə rayon Mərkəzi Xəstəxanasından araşdırma aparılması xahiş olunur. Bu yoxlama nəticəsində müəyyən edilə bilər ki, vətəndaşa aid aparat hansı firmadan və neçənci ildə alınıb.
(anaxeber.info.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam