Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

NNS Klinika - Estetik Tibb Mərkəzi bağlandı:Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub



Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi özəl tibb mərkəzi kimi fəaliyyət göstərən “NNC KLİNİKA” MMC-yə məxsus klinikada yoxlama keçirib.


Yenixeberorg.com: Yoxlama zamanı klinikada həkim lisenziyası olmayan şəxslərin həkim fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Qanun pozuntusu ilə bağlı klinikanın fəaliyyəti dayandırılıb.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq məlumatı təsdiq ediblər. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı və 17-ci maddələrinə müvafiq olaraq Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev 41 ünvanda yerləşən “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar (növbədənkənar) yoxlama keçirilib: “Xidməti yoxlama zamanı lisenziya olmadan tibb fəaliyyəti və qeydiyyatsız dərman vasitəsindən istifadə faktı aşkar edildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri seçilərək, inzibati xətalar məcəlləsin 210.1 və 221.1 maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə növbəti icraata göndərilib.

Əlavə olaraq “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsinin cari fəaliyyətinin dayandırılması üzrə hüquq-mühafizə orqanları qarşısında vəsatətin qaldırılması məqsədilə təqdimat təqdim edilib.

Cari əmək fəaliyyəti üzrə ixtisasına uyğun vəzifənin müəyyən edilməsi məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət ünvanlanıb”.(Xalq.online)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam