Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Badamdarda ağacları kəsib obyekt tikilib-VİDEO

media-99

Məhv ediblər, yerində də bunu tikiblər” | Sakinləri aldadıb qanunsuz iş görüblər?

Yenixeber.org: Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsində təxminən üç-dörd ay əvvəl tikilən obyektlə bağlı yerli sakinlər narahatlıqlarını ifadə ediblər. Onların sözlərinə görə, obyekt qanunsuz tikilib və tikinti zamanı ərazidə xeyli sayda ağac məhv edilib. “Yaşıllıqlar məhv edilib, yerində obyekt tikilib. Qeyri-qanunidir, mümkün deyil ki, hansısa qurum buna icazə versin. Çünki yüksək gərginlik altında belə obyektlər olmamalıdır. Təhlükə yarana bilər, fövqəladə hal baş verə bilər”, – sakinlərdən biri deyib. Məsələ ilə bağlı Badamdar qəsəbə icra nümayəndəsi Zamanov Samir açıqlama verərək qeyd edib ki, həmin torpağın mülkiyyət sənədi var və hər hansı qanunsuz tikinti olmasına dair iddialar əsassızdır. Eyni zamanda Səbail Rayon İcra Hakimiyyətindən verilən açıqlamaya görə, torpaq sahəsi xüsusi mülkiyyətdədir və tikinti işləri müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə əsasında həyata keçirilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən isə bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində ağacların kəsilməsi faktı aşkarlanıb. Araşdırma zamanı qeyri-yaşayış obyektinin tikintisi zamanı 15 ağac və 3 kol bitkisi kəsilib, bunun nəticəsində təbiətə 22 740 manat ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib və təbiətə dəyən ziyanın cinayət tərkibi yaratdığı üçün məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanan materiallar Baş Prokurorluğa göndərilmək üzrə hazırlanır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam