Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Nargilə Residence"dən mənzil alanları belə aldadıb -ÇIXARIŞ, QARAJ DƏRDİ


"Nargilə Residence" yaşayış kompleksinin sakinləri aldıqları mənzilin çıxarışını əldə edə bilmirlər. Redaksiyamıza müraciət ünvanlayan sakinlər iddia ediblər ki, Bakının Xətai rayonunun Cavanşir küçəsi 6 ünvanında yerləşən, "Məkan" Məhdud Məsuliyyətli Müəssisə (MMM) tərəfindən inşa edilən binada yaşayış olmasına baxmayaraq çıxarışlar təqdim olunmayıb.

Yenixeber.org: Sakinlər bildiriblər ki, illərdir borclarını ödəyib bitiriblər, lakin mülkiyyətə dair sənədi ala bilmirlər: "Binanın 90 faizində yaşayış var. Buna baxmayaraq bizə verilən vədlərə əməl olunmur. Ödənişini uzun müddətdir yekunlaşdıran sakinlərin heç birinə çıxarış verilməyib. Aidiyyəti dövlət qurumundan bizə bildirildi ki, qeyd olunan ünvanda yaşayış binasının istismarına icazə alınması üçün sifarişçi "Məkan" MMM tərəfindən müvafiq orqana müraciət daxil olmayıb.

Heç kimə təhvil-təslim aktı verilməyib. Təqdim olunmuş müqavilənin isə heç bir hüquqi əsası yoxdur.

Bu binada hər şey sanki biznesdir, qaraj ödənişləri bir gecədə iki dəfəyə qədər qiyməti artırılıb. Əvvəl 50 manat ödəyirdik, indi isə 100 manatdır. Qarajın satış qiyməti isə o qədər yüksəkdir ki, almağımız mümkün deyil".

Məsələ ilə bağlı sözügedən gedən müəssisəyə ünvanladığımız sorğu cavabsız qalıb. Qarşı tərəf mövqe bildirərsə, işıqlandırmağa hazırıq.

Oxu.Az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam