Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TƏBİB-in eks-rəhbər ilə bağlı sensasion iddialar: ABŞ-da yaşayan jurnalistə gizli məlumatları o ötürürmüş… —FOTOLAR


TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov bütün xarici və ölkədaxili səfərlərinə həmişə ictimaiyyətlə əlaqələr departamentinin müdiri olan Zamirə Ədilovanı aparırdı. Halbuki elə görüşlər olurdu ki, orada tibb mütəxəssisinin iştirakı vacib sayılırdı.

Yenixeber.org: Amma Vüqar doktor nədənsə Zamirə xanımın yanında olması ilə qane olurdu. Bir xatırlatma edim. TƏBİB-in sabiq icraçı direktorunun qızının təmtaraqlı toyunu da Zamirə Ədilova “whatsapp” statusunda paylaşmışdı. Bu da cəmiyyətdə böyük narazılıq yaratmışdı.

Araşdırmalarımıza əsasən Zamirə Ədilova dövlət ezamiyyələri ilə xarici səfərlərə gedərək istirahət etməsi bir yana, kadr məsələlərini də kurasiya edirmiş. Onun gətirdiyi namizədləri kadr məsələlərində mötəbər şəxslər, yəni TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov və onun müavini Araz Nəsirov qeyd-şərtsiz işə qəbul edirmişlər. Sual yaranır, Zamirə Ədilovanın bərbad günə qoyulmuş səhiyyəmizin inkişafında hansı xüsusi əməyi olub ki, bu qadına belə şərait yaradılıb?

Bu yaxında Vüqar Qurbanovun ABŞ-da yaşayan bir jurnalistə Azərbaycan səhiyyəsinin problemləri, həkimlərimiz haqqında məlumat ötürməsi barədə xəbərlər yayıldı. Deyilənə görə həmin imformasiyaları da okeanın o tayına Zamirə xanım göndərirmiş. Necə, nə cür edirmiş, bunu gərək aidiyyatı təşkilatlar araşdırıb müəyyənləşdirsinlər. (Referans Media) 






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam