Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AAYDA strukturlarında diqqət çəkən varlanma - Müşfiq İmranov və biznesi.../FOTOLAR

Azərbaycanda zaman-zaman dövlət qurumlarında aparılan kadr dəyişiklikləri və korrupsiyaya qarşı mübarizə çərçivəsində bir sıra qurumların fəaliyyəti daha ciddi şəkildə ictimai müzakirə mövzusuna çevrilir. Xüsusilə də yol təsərrüfatı sahəsi bu baxımdan diqqət mərkəzində saxlanılır.

Yenixeber.org: Belə ki, Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsindən uzaqlaşdırılmasından sonra agentliyin strukturuna daxil olan əksər yol istismar idarələrində baş verən proseslər diqqətdən yayınmır.

Redaksiyamıza daxil olan məlumata görə, AAYDA-nın balansında olan 7 saylı Yol İstismar İdarəsinin rəisi Müşfiq İmranovun son illərdə sürətlə artan maddi imkanları diqqətdən yayınmır.

Məlumatlarda iddia olunur ki, Müşfiq İmranov Bakının müxtəlif ərazilərində bir neçə kommersiya obyektinə sahibdir. Bundan əlavə, onun paytaxtın ən bahalı yaşayış komplekslərindən biri hesab edilən Port Baku Residencedə dupleks mənzil sahibi olduğu deyilir.

Qeyd edək ki, həmin yaşayış kompleksində mənzillərin qiyməti adətən yüz minlərlə manatla ölçülür.

Məlumatlarda həmçinin iddia olunur ki, idarə rəisinin istifadəsində 77 FM 110 dövlət nömrə nişanlı “Lynk & Co” markalı avtomobil var. Mənbələrin sözlərinə görə, bu avtomobilin bazar qiyməti təxminən 90 min manat civarındadır.

Port Baku Residence, yaşayış kompleksi, Bakı, Üzeyir Hacıbəyli küçəsi, 57 —  Yandex Maps

Bu faktlar fonunda ictimaiyyətdə əsas müzakirə olunan sual isə belə formalaşır: rəsmi maaşı təxminən 830 manat olan bir dövlət məmuru bu qədər maddi imkanları hansı mənbələr hesabına əldə edib? 

Məlumatlarda o da qeyd olunur ki, Müşfiq İmranov 15 saylı Yol İstismar İdarəsinin sabiq rəisi Zahid Nuriyevin kürəkənidir. Hazırda isə həmin idarəyə Vüqar Nuriyev rəhbərlik edir. Vüqar Nuriyevin Balaxanı qəsəbəsində asfalt zavodu fəaliyyət göstərir. Eyni zamanda onun “Rest Time” adlı restoran biznesi ilə məşğul olduğu da iddialar arasındadır.

Yol təsərrüfatı sahəsində çalışan şəxslərin eyni zamanda asfalt istehsalı və tikinti materialları biznesi ilə əlaqələrinin olması potensial maraqlar toqquşması yaradır. Belə hallarda dövlət sifarişləri, tenderlər və podrat işləri ilə bağlı şəffaflıq məsələləri də gündəmə gəlir.

Qeyd olunan iddialarla bağlı hələlik nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, nə də adı çəkilən şəxslər tərəfindən rəsmi açıqlama verilməyib.

Məsələnin ictimai əhəmiyyəti nəzərə alınaraq aidiyyəti qurumların bu iddialara münasibət bildirməsi və faktların araşdırılması cəmiyyət üçün maraqlı olardı.(bizimesr.com)

Yazıda adı çəkilən şəxslərin və qurumun mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam