Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İcra başçısı Abdin Fərzəliyev “Azerpak”ın rəhbəri Səid Partovi ilə hansı şərtlərlə razılaşdı bu tikintiyə? -DE-FAKTO

media-844

Abşeron rayonu ərazində , Bakı-Şamaxı yolunun üzəridə (Hökməliyə gedən yol)un kənarında yerləşən meşə zolağının bir hissəsi hasarlanıb.

Yenixeber.org: Ərazidən yayılan videogörüntülərdə görünür ki, sözügedən sahədə tikinti işlərinə hazırlıq aparılır. Ərazi “Azerpak” MMC məxsus olduğu bildirilir.

XALQ xəbər verir ki, hasarlanan ərazinin kifayət qədər böyük olması və yaşıllıq zolağını əhatə etməsi ciddi suallar doğurur. Görüntülərdən aydın olur ki, hasara alınan sahədə ağaclar mövcuddur və ərazi əvvəllər açıq meşə zolağı kimi istifadə olunub.

Hazırda həmin ərazidə hansı obyektin tikiləcəyi, torpağın təyinatının dəyişdirilib-dəyişdirilmədiyi və tikinti üçün rəsmi icazənin olub-olmadığı barədə ictimaiyyətə hər hansı açıqlama verilməyib.

Məsələ ilə bağlı həm Abşeron Rayon İcra Hakimiyyətindən, həm də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi münasibət öyrənmək mümkün olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu verilib.

Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam