Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! -BU NƏDİ BELƏ?/VİDEO


Xəzər rayonu ərazisində qanunsuz tikililərin sayı durmadan artır.

Yenixeber.org: Sosial şəbəkələrdə yayılan növbəti videogörüntüdə ərazidə sürətlə tikinti işlərinin aparıldığı açıq şəkildə görünür. İddialara görə, sözügedən tikinti üçün heç bir rəsmi icazə mövcud deyil.

Xalq-a müraciət edən yerli sakinlərin sözlərinə görə, rayon ərazisində bu cür tikintilərin sayı artıq hesablanmayacaq həddə çatıb. Xüsusilə fərdi yaşayış evləri və obyektlərin sənədsiz şəkildə inşa edildiyi bildirilir.

Məsələ ilə bağlı sual yaranır: rayon rəhbərliyi bu proseslərdən xəbərdardırmı?

Elşən Salahov rəhbərlik etdiyi icra hakimiyyəti qanunsuz tikintilərlə bağlı niyə operativ tədbir görmür? Əgər bu tikintilər həqiqətən sənədsizdirsə, niyə dayandırılmır və ya hüquqi prosedurlar işə salınmır?

Məlumdur ki, Azərbaycan qanunvericiliyinə əsasən, tikinti işlərinin aparılması üçün müvafiq icra qurumlarının razılığı və icazə sənədləri tələb olunur. Qanunsuz tikinti isə inzibati və hüquqi məsuliyyət yaradır.(Xalq.online) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam