Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 “RR Constructions”in sahibləri özlərini “Bağdadın kor xəlifəsi” ZƏNN EDİR -ŞİKAYƏT

Tikinti şirkətinin direktoru evinin sökülməsinə etiraz edən qadını həbs etdirmək istədi, amma...

Tikinti şirkətinin direktoru evinin sökülməsinə etiraz edən qadını həbs etdirmək istədi, amma...

Paytaxtın “Kubinka” adlanan ərazisində 5,29 hektarlıq ərazidə söküntü işləri apararaq, yerində hündürmərtəbəli binalar inşa edən “RR Constructions” şirkətinin rəhbərliyi həmin ərazidə evindən çıxmaq istəməyən vətəndaşın həbsi üçün məhkəməyə müraciət edib.

Yenixeber.org: Şirkətin direktoru Nadir Abdullayev xüsusi ittiham qaydasında qaldırdığı iddiada Fidan Süleymanlının Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinməsini və 3 ay azadlıqdan məhrum edilməsini istəyib.

Nadir Abdullayev şikayətində göstərib ki, şirkət 2 ildən çoxdur ki, ərazidə yaşayan sakinlərlə onların mülkiyyətində olan evlərin və qeyri-yaşayış sahələrinin sökülməsi üçün danışıqlar aparır. Onlara yeni tikiləcək binalarda mülkiyyətlərində olan əmlakın sahəsindən 20 faiz və daha çox yaşayış və ya qeyri-yaşayış sahələri təklif olunur: “Lakin bəzi sakinlər, birdən-birə əsassız varlanmaq istəyir. Bu məqsədlə şirkətdən qəzalı vəziyyətdə olan mənzillərinin əvəzinə milyonlarla pul tələb edirlər. Öz məqsədlərinə çatmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bunlardan ən yayılmışı sosial media vasitəsilə mənim və direktoru olduğum şirkət barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yaymaqdır”.

Nadir Abdullayev qeyd edib ki, hazırda Fidan Süleymanlının “RR Construction” şirkətinə qarşı şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində proses gedir. Onun sözlərinə görə, Fidan Süleymanlı 146 kvadrat metrlik evinə görə 2 milyon manat tələb edir: “Bununla kifayətlənməyib, məqsədinə çatmaq üçün sosial media vasitəsilə mənim və şirkətin işçiləri barəsində müxtəlif, həqiqətə uyğun olmayan təhqiredici məlumatları videolar və şərhlər vasitəsi ilə yaymağa başlayıb”.

Şirkət direktorunun sözlərinə görə, Fidan Süleymanlı sosial mediadakı çıxışlarında onun haqqında “terrorçu”, “dələduz” kimi ifadələr işlədib. Nəticədə həm onun işgüzar nüfuzuna zərbə vurub, həm də ailə üzvlərində sarsıntı yaranıb: “Təəssüf ki, sosial mediada yayılan həmin videoya baxanlar arasında orta məktəbdə oxuyan övladlarım da var. Onlar məndən soruşurlar ki, “ata sən cinayətkarsan?” Bu da məndə böyük mənəvi sarsıntıya səbəb olub”.

Bu iddia icraata götürülsə də, sonra şirkət direktoru ondan imtina edib. Nadir Abdullayev məhkəməyə bununla bağlı ərizə göndərib. Ərizədə göstərilib ki, aralarında yaranmış mübahisə öz həllini tapdığı üçün xüsusi ittiham qaydasında qaldırdığı iddiadan imtina edir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yasamal Rayon Məhkəməsi onun ərizəsini nəzərə alaraq, iş üzrə icraata xitam verib.

Qeyd edək ki, həmin ərazidə evinin sökülməsinə etiraz edən başqa bir sakin Sevinc Rəhmanova da eyni qaydada cəzalandırılmışdı. “RR Construction” şirkətinin baş direktoru Rəfail Abdullayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Sevinc Rəhmanova Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinmiş və 1300 manat cərimələnmişdi.

Xatırladaq ki, 63 yaşlı Sevinc Rəhmanova II qrup əlildir.(bizimyol.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam