Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Masazırda bitməyən təmir “MÖVSÜMÜ” – Qəsəbənin yolları nə vaxt düzələcək?-FOTOLAR

 

Abşeron rayonu Masazır qəsəbəsinin Yeni Bakı yaşayış massivində hazırda qazıntı işləri aparılır. Ərazidə xüsusi texnikanın işləməsi və yolun bir hissəsinin qazılması səbəbindən gediş-gəliş qismən məhdudlaşdırılıb, nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranıb.

Yenixeber.org: Görülən işlərin mahiyyəti və hansı qurum tərəfindən icra olunduğu ilə maraqlandıq.

Məlum oldu ki, yaşayış massivində təmir işləri Abşeron Rayon İcra Hakimiyyətinin göstərişi ilə həyata keçirilir.

İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görülən işlər kanalizasiya xəttinin yenilənməsi ilə əlaqədardır. Layihə özəl şirkət tərəfindən sifariş edilib və icrası podratçı şirkət tərəfindən həyata keçirilir.

Qeyd olundu ki, bundan öncə digər qonşu yaşayış massivi olan “Qurtuluş-93”-də də kanalizasiya xətlərinin yenilənməsi prosesi aparılıb. Xətlərin dəyişdirilməsi işləri başa çatdıqdan sonra ərazi tamamilə asfaltlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam