Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əhali nazirlərin "vurulması"na necə reaksiya verir? - VİDEOSORĞU

 

Bu günlərdə Azərbaycanın siyasi səhnəsində son illərin ən gərgin hadisələri baş verir. Hökumət daxilində baş verənlər, nazirlərin işdən çıxarılması, müvafiq nazirliklərin yüksək vəzifəli şəxslərinin həbsi və bütün bunların gizli dinləmələr və korrupsiya səbəbindən baş verməsi cəmiyyət tərəfindən də maraqla izlənilir.

 

Xeberinfo.com:  Baş verənlərlə bağlı yetərincə rəsmi informasiya verilmədiyindən əhali arasında, eləcə də mətbuatda şayiələr, müəmmalar baş alıb, gedir.

 

Əvvəlcə, milli təhlükəsizlik naziri Eldar Mahmudovun, ardınca rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifədən çıxarılması, onların rəhbərlik etdikləri dövlət qurumlarında axtarışların aparılması və yüksək vəzifəli şəxslərin həbs olunması bundan sonrakı hadisələrin necə olacağı ilə bağlı da suallar yaradır.

 

Belə bir məqamda musavat.com olaraq, sadə insanların baş verənlərə münasibətini öyrənməyə çalışdıq. Şəhər sakinləri arasında keçirdiyimiz sorğudan bəlli oldu ki, kadr islahatları əhali tərəfindən müsbət qarşılanır.

 

Sorğu iştirakçılarından bir çoxu açıq şəkildə tənqidi fikirlərini səsləndirsə də, sabiq MTN nazirindən qorxub, danışmaqdan imtina edənlər də oldu.

 

Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam