Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zakir Fərəcov binaların eyvanlarını sökdürür- FOTOLAR

Sumqayıtın yeni təyin edilən icra başçısı Zakir Fərəcov yaşayış binalarında olan qanunsuz eyvanların və artırmaların sökülməsi barədə göstəriş verib.

Xeberinfo.com:   Məlumata görə, bu barədə jurnalist Vüqar Qurdqanlı məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl İcra Hakimiyyətinin yaxınlığında olan binalar daş örtüklə üzlənib. İndi isə binalarda eyvanların sökülməsi prosesinə başlanılıb ki, bu da soyuq havalarda bir çox sakinlərə ciddi problemlər yaradır. “Çünki “təmir abadlıq” dövründə mənzillərin soyuqdan və yağntıdan qorunmasını təmin etmək mümkün olmayacaq. Bu bir yana, təqdim etdiyim fotolardan da göründüyü kimi sözügedən eyvanlar binanın əsas hissəsinə bitişik tikilib və binanın bir hissəsidir. Demək həmin balkonların sökülməsi faktiki olaraq insanların mənzilinin sökülməsi və qış aylarında ev mühitinin açıq hava ilə birbaşa təmasda olması anlamına gəlir. Mənim yaşadığım ev də həmin problemlə üz-üzədir. Qış aylarında evi qızdırmaq üşün istifadə etdiyimiz kondisonerlərin də sökülməsi tapşırığı verilib. İcra Hakimiyyətinin Elməddin adlı işçisi deyir ki, sabah (03.11.2015) günorta bütün balkonlar lomla uçurulacaq. Belə olsa şəxsən mənim ailəm soyuq gecəni bir tərəfi yola açıq otaqda keçirməli olacaq” – deyə şikayətçi bildirir.

(bizimyol)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam