Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəhid jurnalist haqqında çəkilən -"Canım mənim" filmi təqdim edildi

15 Noyabr 2021, Bakı

 

MƏTBUAT ÜÇÜN MƏLUMAT

 

 

 

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən daha bir film - "Canım mənim” filmi bu günlərdə təqdim edildi. “Qarabağ” silsiləsindən ikinci film olan “Canım mənim” filmi birinci Qarabağ müharibəsi zamanı peşə borclarını yerinə yetirən zaman həlak olmuş jurnalistlərdən bəhs edir. Qeyd edək ki, ekran əsərində baş qəhrəman şəhid jurnalist Salatın Əsgərovanın obrazıdır. “Planet Parni iz Baku Films” şirkətinin lentə aldığıi filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru Ənvər Mansurovdur. Filmin çəkilişinə dəstək olan şirkətlədən biri də “Nar”dır. Qeyd edək ki, film “Nar”ın Zəfər Gününə həsr etdiyi “Yaşa, Vətən!” kommunikasiyası  çərçivəsində dəstək olduğu layihələrdən biridir.

 

Yenixeber.org:  Tahir İmanovun sözlərinə görə, film real tarixi faktlara əsaslanır: “Əsas məqsədimiz Qarabağ münaqişəsinin başlanmasına rəvac verən hadisələri, əsl həqiqətləri və müqəssirləri rusdilli auditoriyaya, eyni zamanda beynəlxalq ictimaiyyətə göstərməkdir. Filmdə, həmçinin Qarabağ müharibəsi zamanı azərbaycanlılarla yanaşı, digər millətlərdən olan şəxslərə qarşı da qətliamlar törədildiyini göstəməyə çalışmışıq”.

 

Qeyd edək ki, qısametrajlı fimin tam versiyasına aşağıdakı keçidə daxil olmaqla baxmaq olar: https://www.youtube.com/watch?v=PUHL1KF8TTk&t=9s

 

Xatırladaq ki,  “Planet Parni iz Baku Films” şirkətinin “Qarabağ” silsisləsindən birinci filmi olan “Bir topa adam” filmində müharibənin əslində necə başlanmasından bəhs edirdi. Filmin çəkilişinə “Nar” dəstək olmuşdu.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam