Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” Zəfər Gününə həsr olunmuş -“Yaşa, Vətən!” kommunikasiyasına start verir

 

 

“Nar” Zəfər Gününə həsr olunmuş “Yaşa, Vətən!” kommunikasiyasına start verir. Belə ki, mobil operator Vətən müharibəsi nəticəsində Azərbaycan ordusunun qazandığı şanlı qələbənin ildönümü münasibətilə TV kanallarda təbrik videoçarxı yayımlayacaq və bir neçə əhəmiyyətli sosial layihələr icra edəcək.

Yenixeber.org: İlk layihələrdən biri Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhid ailələrindən olan tələbələrə dəstək olmaq məqsədilə təqaüd proqramının icrası olub. Layihənin məqsədi şəhid ailələrinin övladlarına təhsil həyatında dəstək olmaq, onların parlaq gələcəyinə töhfə verməkdir. Layihə çərçivəsində Naxçıvan Dövlət Universitetində təhsil alan 8 tələbə təhsil müddəti boyunca aylıq 200 AZN təqaüdlə təmin olunacaq.

“Nar” olaraq Vətən müharibəsinin ilk günlərindən ortaq amalımıza dəstək olmaq üçün müxtəlif layihələr həyata keçirmişik. Müharibədən sonrakı dövrdə də sosial layihələrimizi daha çox şəhid ailələrinə, qazilərə dəstək istiqamətində formalaşdırırıq. Bu gün də NDU ilə uzunmüddətli əməkdaşlığımız çərçivəsində tələbələri təhsil təqaüdü ilə təmin etməkdən böyük məmnuniyyət duyuruq”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib.

 “Nar”ın sosial layihələri və KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.  

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam