Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

“Hürriyyət”in baş redaktoru da seçkiyə qatılır- Nizami rayon ikinci seçki dairəsində

 


“Hürriyyət”in baş redaktoru deputatlığa namizəd oldu - Vüqar Məmmədov Nizami rayon ikinci seçki dairəsində mübarizə aparacaq

“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov deputatlığa namizədliyini irəli sürüb.

Yenixeber.org: Azərbaycan Demokrat Partiyasının (ADP) seçki siyahısından namizədliyi irəli sürülən baş redaktor Nizami rayon ikinci seçki dairəsində mübarizə aparacaq.

Dünən V.Məmmədov özünün “Facebook” profilində seçicilərə ilkin müraciətini ünvanlayıb. Baş redaktorun statusunu olduğu kimi dərc edirik:

“Hörmətli dostlarım, qohumlarım və məni tanıyan, tanımayan həmvətənlərim!

Nəzərinizə çatdırmaq istəyirəm ki, Milli Məclisə seçkilərlə bağlı namizədliyim ADP tərəfindən Nizami ikinci seçki dairəsindən irəli sürülüb. Baxmayaraq ki, namizədliyim iki həftə öncədən irəli sürülmüşdü, mən bu xəbəri sizinlə indi bölüşməyi məqbul hesab etdim. Çünki, bu gün artıq imza vərəqələrini götürərək, kampaniyanı açıq elan edirik!

Sanıram ki, məni tanıyanlara özümü təqdim etməyə ehtiyac yoxdur. Çünki 23 il ərzində "Hürriyyət" qəzetində keçdiyim çətin, iztirablı, təhlükəli və şərəfli yol hamınıza məlumdur. Ümid edirəm ki, bu illər ərzində xalqıma, millətimə və dövlətimə necə xidmət etdiyim göz önündədir. Bütün mərhumiyyətlərə baxmayaraq, bu 23 il ərzində bir dəfə də olsun uf deməmiş, heç kimdən, heç nədən çəkinmədən, hətta həbs olunmağıma rəğmən, geri çəkilməmiş və bu günə kimi əlimdən gəldiyi qədər sizlərə təmənnasız xidmət göstərməyə çalışmışam.

İndi sual oluna bilər, "bu qədər imkanların var ikən niyə parlamentə düşmək istəyirsən"?

Dəyərli həmvətənlərim!

Əvvəla onu deyim ki, parlament bütün varlığıyla vətəninə, millətinə və xalqına bağlı olan insanların yeri olmalıdır. Təəssüflər olsun ki, uzun illərdən bəri bizlərin seçkilərdə passiv iştirakı nəticəsində Milli Məclis bütün çağırışlarda hakimiyyətin üst eşalonunda təmsil olunan məmurların siyahısı ilə və sadaladığım kriteriyalara cavab verməyən şəxslərdən formalaşdırılıb. Sizlərə də bəllidir ki, indiyədək Parlamentdə təmsil olunan deputatların bir hissəsi kimlərinsə saxlaması, bəziləri hansısa oliqarxın qulu, böyük əksəriyyəti isə, biz seçmədiyimizə görə, bizim yox, onları deputat təyin etdirən məmurun xidmətçisi olub. Məhz ona görə, indiyə qədər qəbul olunan qanunların böyük çoxluğu xalqımızın və dövlətimizin əleyhinə yönəlib.

Dəyərli dostlar!

Mən ona görə parlamentdə təmsil olunmaq istəyirəm ki, sizlərin dərdlərini, sıxıntılarını və problemlərini daha mötəbər kürsüdən, daha geniş auditoriyadan səsləndirim və onun həllinə nail olum.

Ümid edirəm ki, bu seçkilərdə əlinizdən gələn hər türlü dəstəyi göstərəcək, məni Nizami rayonunun ilk demokrat deputatı seçəcəksiniz.

Dərin hörmətlə, Vüqar Məmmədov”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam