Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Gültəkin Hacıbəyli İsa Qəmbərin bu təklifini rədd edib 

 

İsa Qəmbər Gültəkin Hacıbəyliyə nə təklif edib?

“İsa Qəmbər mənə 2013-cü ilin payızında Müsavat Partiyasının Beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif edib”.

Yenixeber.org: Bunu Milli Şuranın üzvü Gültəkin Hacıbəyli deyib. O, qeyd edib ki, həmin vaxt bu təklifdən imtina edib: “İmtina etmişəm və hesab edirəm ki, düz etmişəm, lakin bu təklifdən imtina etməyim nə məni böyütməyib, nə İsa bəyi kiçiltməyib. 

Heyf ki, çox şeyləri demək olmur... İsa bəy onda da haqlıdır ki, iki nəfər arasında olan söhbət ictimailəşməməlidir və mən həyatım boyu belə davranmışam. Düzdür, İsa bəyin təklifi şəxsi söhbət deyildi, ən böyük müxalifət partiyalarından birinin idarəetməsilə bağlı idi. 

Hər addımda məni keçmişimlə vuran, mənə qarşı ardıcıl kampaniyalar aparan, on ildir etdiyim fədakarlıqları, verdiyim qurbanları görməzdən gələn və bütün həyatı boyu etdiyim imtinaların bir faizini etməyəcək bəzi partiyadaşlarınız. Və mən məcburiyyət qarşısında, sadəcə, onların yadına salmalı oldum ki, mənim Milli Məclisin deputatı olduğum 2000-2010-cu illər təqvimdə başqan müavini vəzifəsi üçün təklif aldığım, həm də müsavatçıların yekdil səsilə Milli Şuranın komitə sədri seçildiyim 2013-cü ildən əvvəl gəlir”. 

İsa Qəmbər isə öz növbəsində Hacıbəyliyə cavab verib: "Azərbaycan ictimai-siyasi arenasında ən çox tənqid olunan- haqlı ya haqsız, səmimi ya qərəzli- şəxslərdən biri Gültəkin Hacıbəylidir. İradlar demokratik düşərgədən gələndə Gültəkin xanımın cavab üçün istifadə etdiyi əsas arqumentlərdən biri də təxminən belə olur:

"Müsavat başqanı Isa Qəmbər mənə təkidlə partiyanın beynəlxalq siyasət üzrə başqan müavini postunu təklif edib 2013-cü ilin payızında, mən imtina etmişəm."

Gültəkin xanım məram və niyyətlərin dəqiqləşdirilməsi üçün edilən söhbəti "təkidli təklif" kimi dəyərləndirirsə mübahisə etməyəcəm. İki nəfər arasında söhbətin elə yalnız iki də şahidi var.

Məncə aydın məsələdir ki, kiməsə vəzifə təklif etmək onu toxunulmaz etmir, tənqiddən təminat vermir. Bu mövzuda diskussiyalıq bir şey yoxdur. Başqa bir məqamı vurğulamaq istəyirəm.

Hörmətli Gültəkin xanım, mən sizə Xarici Siyasət üzrə müavin vəzifəsini təklif etmişəmsə də, hər halda Daxili Siyasət üzrə müavin vəzifəsi təklif etməmişəm.

İndi də düşünürəm ki, siz özünüzün bilavasitə funksiyalarınızı həyata keçirməklə yanaşı daha toparlayıcı mövqe tutsanız, təmsil etdiyiniz quruma və bütövlükdə demokratik düşərgəyə daha çox fayda gətirmiş olarsınız”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam