Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Lukaşenko gözəlçəsini deputat “seçdirib”--FOTOLAR

 Yenixeber.org: Belarus prezidenti Aleksandr Lukaşenko ilə yaxın münasibətlərdə olmaqda adı hallanan 2018-ci il gözəllik yarışmasının qalibi, “Miss Belarus” titulunun sahibi və dünya gözllərinin yarışmasında üçüncü olmuş 22 yaşlı Mariya Vasiliçin deputat seçilib... Və beynəlxalq müşahidəçilər Belarusda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib. Bu haqda siyasi şərhçi Xaqani Cəfərli özünün fb səhifəsində yazıb:  

"ATƏT-in Parlament Assambleyası, eləcədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən beynəlxalq müşahidəçilər Belarusda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib. Avropa İttifaqı isə bu seçkiləri itirilmiş imkan kimi dəyərləndirib.
Beynəlxalq ictimaiyyət tərəfindən nəticələri tanınmayan parlament seçkilərinin diqqət çəkməsinin əsas səbəblərindən biri də adı Belarus prezidenti Aleksandr Lukaşenko ilə yaxın münasibətlərdə olmaqda adı hallanan 2018-ci il gözəllik yarışmasının qalibi, “Miss Belarus” titulunun sahibi və dünya gözllərinin yarışmasında üçüncü olmuş 22 yaşlı Mariya Vasiliçin deputat seçilməsi olub. Belarus parlamentinin ən gənc deputatı kimi tarixə düşən Mariya Vasiliçlə 65 yaşlı avtoritar lider Lukaşenko arasında romantik münaibətlərin olması haqqında dedi-qodular Minskdə ən çox müzakirə olunan mövzulardandır.
Mariya Vasiliç 2018-ci ildə “Miss Belarus” tacını qazandıqdan sonra müxtəlif tədbirlərdə Lukaşenko ilə birlikdə görünüb. Onların birlikdə hokkey oyununu izləməsi, dövlət incəsənət festivalının açılışına və hətta Moskvada keçirilmiş futbol üzrə dünya çempionatının açılış mərasiminə birgə qatılmaları dərhal diqqət çəkmişdi. 65 yaşlı avtoritar liderlə 22 yaşlı gözəlçənin yaxın münasibətləri olması səbəb olan məqam isə 2019-cu ilin yeni il şənliklərinə birgə qatılmaları və rəqs etmələri olmuşdu.
Xatırlatmaq istərdim ki, bir neçə il bundan qabaq Rusiya prezidenti Vladimir Putinin də olimpiya çempionu Alina Kabayeva ilə eşq məcarası yaşaması haqqında dedi-qodular yayılmışdı. Bu dedi-qodular Alina Kabayeva Rusiya Dövlət Dumasının deputatı seçildikdən sonra daha da artmışdı.
İndi belə görünür ki, Rusiyalı həmkarı ilə daim rəqabətdə olan Lukaşenko eşq məcaraları məsələsində də ondan geri qalmadığını nümayiş etdirmək istəyib. Kiçik fərq isə ondan ibarətdir ki, Putinin gözlçəsi 24 yaşında deputat seçilmişdisə, Lukaşenko Mariyanı 22 yaşında deputat seçdirib.
Qədim dövrlərdə Roma diktatoru Kaliqula atını Senat üzvü etmişdisə, indi avtoritar liderlər öz gözəlçələrini xalqa millət vəkili kimi sırıyırlar. Bu avtoritar liderlərin xalqları isə belə taledən deyəsən çox da narazı deyillər".

Xəqani Cəfərli adlı şəxsin şəkli.
Xəqani Cəfərli adlı şəxsin şəkli.
Xəqani Cəfərli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam