Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

ABŞ ƏL- BAĞDADİNİN CƏSƏDİNİ DƏ “İTİRDİ” – İŞID liderinin «öldürülməsi» barədə uydurma ifşa olunur

 


bagdadinin_cesedi

Birləşmiş Ştatların İŞID terrorçu qruplaşmanın başçısı Əbu Bəkr əl-Bağdadinin cəsədinin qalıqlarının guya, dənizə atılması barədəki bəyanatı dünya tərəfindən, xüsusilə də İslam dünyası tərəfindən təəccüblə qarşılandı. 

Yenixeber.org: Bundan başqa, «Xalq yenilikləri» iformasiya agentlimyinin yazdığına görə, beləliklə, amerikalılar izləri «aktiv şəkildə silirlər». Çünki  ehtiyat edirlər ki, Əl-Bağdadinin «məhv edilməsi» barədə həqiqət dünyaya məlum olar.

Bununla bərabər, getikcə daha çox sayda ekspertlər terrorçunun həlak olmasını şübhə altına alırlar. Birləşmiş Ştatlar öz hərəkətləri ilə – guya, öldürülmüş İŞİD rəhbərinin cəsədinin suya atılması barədə qərarı ilə situasiyaya aydınlıq gətirmir.

Guya, İslam adətlərinə istinad edən amerikalı hərbçilər bəyan etdilər ki, terrorçunun cəsədi dənizə atılacaq. Ancaq Orteqa adlı bloger «Teleqram-kanal»da qeyd edir ki, İslamda belə adət yoxdur.

«Cəsəd o zaman dənizə atılar ki, onunla başqa cür davranmaq mümkün olmasın, başqa sözlə, onu basdırmaq üçün ətrafda bir parça quru sahə olmasın. Suriyada və həm də İraqda, haraya ki, Əl-Bağdadinin cəsədinin «gətirildiyi» deyilir, bu ərazilərdə quru sahə məsələsində problem yoxdur» – deyə, bloger qeyd edib.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam