Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Belarus parlamentinin sədri:Bu gün dünya özünün növbəti çətin dövrünü yaşayır

Bu gün dünya özünün növbəti çətin dövrünü yaşayır, qlobal siyasət getdikcə daha anlaşılmaz olur.

Yenixeber.org: Bunu Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə debat müzakirələrində deyib.

Sədr qeyd edib ki, terrorizm, iqlim dəyişikliyi, nüvə silahlarının yayılması kimi mühüm çağırışlar birgə fəaliyyət göstərilməsini zəruri edir: “Lakin etimadın olmaması bu istiqamətdə fəaliyyət göstərməyə mane olur. Ona görə də biz ilk növbədə dövlətlər arasında etimadı möhkəmləndirməliyik”.

V.Andreyçenko vurğulayıb ki, Belarus bir sıra yeni ideyalar və təkliflərlə çıxış edir. Onun sözlərinə görə, Belarus yeni dünya düzəni adlı konfransının keçirilməsini, Hərəkatın uzunmüddətli strateji sənədinin hazırlanmasını təklif edir: “Biz bundan sonra da dövlətlərin suvrenliyinin, müstəqilliyinin, dövlətlərin daxili işlərinə müdaxilə olunmamasının, münaqişələrin dinc yolla həllinin tərəfdarı olacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam