Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

AVROPARLAMENT “RUSİYA DEZİNFORMASİYASI” İLƏ MÜBARİZƏYƏ QALXDI! – Qətnamə qəbul olunub

 

скачанные файлы

«The Guardian» qəzetinin yazdığına görə, Avropa Parlamenti «Rusiya dezinformasiyası» ilə mübarizə üzrə yeni qətnamə qəbul edib. 

Yenixeber.org: Təklif olunan tədbirlər sırasında «East StratCom» strukturuna və dövlət KİV-ə dəstəyin artırılmasına çağırış, «Fasebook»-un ünvanına tənqid, həm də Rusiyanın dezinformasiyasına qarşı durmaq üçün strtategiyanın yaradılması barədə Avropa dövlətlərinin hökumətlərinə təkliflər yer alıb.

Avroparlament bu qətnaməni Rusiya tərəfidən yayılan «həddindən artıq» təhlükəli dezinformasiyalara qarşı durmağı nəzərdə tutan tədbirlərin gücləndirilməsi məqsədilə qəbul edib.

Sənəddə həm də «East StratCom» strukturunun möhkəmləndirilməsinə çağırış yer alıb. Bu struktur təbliğatla mübarizə aparmaqla məşğul olur. Eyni zamanda, rəsmi dövlət KİV-lərinə böyük dəstək göstərilməsi nəzərdə tutulur.

Bununla yanaşı, nəşr xatırladır: «East StratCom»-un işini ona görə tənqid ediblər ki, bu qurum satirik və qeyri-ondinar məqalələri də uydurulmuş  iddialar sırasına aid edir.

Məqalə müəllifi qeyd edir ki, Haycel Farac və onun «breksit partiyası» bu qətnamənin əleyhinə səs verib. Ancaq o, Avroparlamentdəki nəhəng Xalq partiyasının, liberalların və yaşılların sayəsində səsvermədən keçib.

Təşəbbüsün əleyhinə çıxdığı üçün Faracı elə öz həmvətənləri tənqid ediblər. O isə cavab olaraq qeyd edib ki, «Rusiyanın müdaxiləsi barədəki tarixçə əsassız təbliğatdır …

Qətnamə müəllifləri olan  deputatlar «Feysbuk»u da tənqid ediblər ki, o, sızmaların qarşısının alınması barədə Avroparlamentin tələblərinə əməl etmir. Sənəddə o da qeyd olunur ki, deputatlar «Rusiyanın çox təhlükəli təbliğatından dərin narahatlıq keçirirlər».(apolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam