Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Arzu Səmədbəyli də Müsavatdan getdi

 

bitmap-img6

 

 

          Müsavat Məclisin sabiq sədri hazırda istirahətdədir

 

 
    "Xeberinfo.com": Müsavat Partiyası Divanının sabiq üzvü, Milli Məclisin keçmiş deputatı Nəsib Nəsiblinin Müsavat Partiyasını tərk etməsinin ardınca partiyada istefaların sayı sürətlə artıb.
     Müsavat Partiyasındakı məlumatlı mənbələrdən Editor.az-a daxil olan xəbərdə deyilir ki, Müsavat Partiyası Məclisinin sabiq sədri, Milli Məclisin keçmiş deputatı Arzu Səmədbəyli də partiya sıralarından istefa verib.
     O, bununla bağlı qərarını Müsavatın sabiq başqanı İsa Qəmbərə bildirib. İsa Qəmbər təkidlə Arzu Səmədbəylidən partiyada qalmağı xahiş etsə də, o qərarında qəti olduğunu deyib. Davamlı israrlarının nəticə vermədiyini görən sabiq başqan Arzu Səmədbəylidən heç olmasa indiki məqamda bunu ictimailəşdirməməyi xahiş edib. Yekunda bununla bağlı razılıq əldə olunsa da, Arzu Səmədbəyli açıq şəkildə deyib ki, ilin sonunda o, bununla bağlı qərarını ictimaiyyətə elan edəcək. Hazırda isə Müsavat Məclisinin sabiq sədrinin istirahət etdiyi söylənilir.
    Xatırladaq ki, istefalar Tofiq Hüseynli, Nəsib Nəsibli və Arzu Səmədbəyli ilə yekunlaşmayıb. Yaxın günlərdə Hikmət Hacızadə, Səxavət Əlisoy, Adil Qeybulla və digər onlarla tanınmış müsavatçının da partiyanı tərk edəcəyi gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam