Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

«Ya dəhşətli dərəcədə məlumatsızdı, ya da qeyri-obyektiv» -Con Makkeyn

Respublikaçı senator Con Makkeyn ABŞ prezidenti Donald Trampı sərt tənqid edib.

Xeberinfo.com:  Makkeyni narazı salan Trampın «Fox News» aparıcısının «Putin qatildir» fikrinə cavabı olub.

Qeyd edək ki, telekanala müshibəsində Rusiya prezidenti Vladimir Putinə hörmət etdiyini deyən Tramp aparıcının gözlənilməz reaksiyası ilə üzləşib.

Amerikalı telejurnalist Trampa Putinin qatil olduğunu deyib. Tramp isə bildirib ki, Amerikanın tarixində də çoxlu qatillər olub.

«Siz düşünürsüz ki, bizim ölkə çox məsumdur?», – deyə Tramp əlavə edib.

Makkeyn hesab edir ki, ABŞ-la Putin Rusiyası arasında bərabərlik işarəsi qoymaq olmaz.

“Bu başkəsənlə, KQB polkovniki ilə ABŞ arasında heç bir oxşarlıq yoxdur. Belə müqayisə aparmaq üçün ya dəhşətli dərəcədə məlumatsız olmalısan, ya da hədsiz dərəcədə qeyri-obyektiv».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam