Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Rusiyanın sərhədləri heç yerdə qurtarmır!"

putin

Xeberinfo.com:   Rusiya KİV-ə istinadən xəbərə görə, Rus coğrafiya cəmiyyətində (RCC) mükafatların təqdimatı zamanı Prezident Vladimir Putin xeyli orijinal bir «zarafat»la çıxış edib: «Rusiyanın sərhədləri heç yerdə qurtarmır». Məlumatı «TASS» agentliyi yayıb.

Tədbir zamanı Rusiya Prezidenti iki oğlan uşağının (Timofey Tsoy və Miroslav Askirko) coğrafiyadan biliklərini yoxlamaq məqsədilə onlara sual verib.

Ünsiyyət zamanı Miroslav deyib ki, «bütün paytaxtları və bütün ölkələrin konturlarını bilir». O zaman Putin uşaqdan soruşub: «Rusiyanın sərhədləri harada qurtarır?». Cavab belə olub: «Rusiyanın sərhədi ABŞ-la Berinq körfəzində qurtarır». Prezident uşağı dayandıraraq, deyib: «Rusiyanın sərhədləri heç yerdə qurtarmır». Sonra isə gülərək, əlavə edib: «Bu, zarafatdır».

Məlumat üçün bildirək ki, Putin Rus coğrafiya cəmiyyəti xeyriyyəçiləri şurasının sədridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam