Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TRAMP NİKBİNDİR, ANCAQ... -Putin İstanbula “kapitulyasiya qrupu” göndərib

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya gəlməsinə baxmayaraq, müharibəyə son qoymaq üçün hər hansı razılaşmanın perspektivləri dumanlı görünür.

Yenixeber.org: “The Wall Street Journal”(WSJ)-da dərc edilən məqalədə belə deyilir.

Nəşr qeyd edir ki, Vladimir Putin Zelenskinin Türkiyədə birbaşa yüksək səviyyəli danışıqlar üçün görüşmək çağırışına məhəl qoymayıb. Əvəzində Kreml hökmdarı ora öz məmurlarından ibarət komandanı göndərib ki, bu da tərəflər arasında ciddi danışıqların mümkünlüyünü şübhə altına alır.

Məsələ burasındadır ki, nəşrin qeyd etdiyi kimi, Rusiyanın danışıqlar qrupuna Putinin köməkçisi Vladimir Medinski və müdafiə nazirinin müavini Aleksandr Fomin başçılıq edirlər. Bunlar ranq etibarilə XİN başçısı Sergey Lavrov və Putinin köməkçisi Yuri Uşakovdan da aşağı səviyyəli şəxslərdir. Ən əsası isə Medinski başda olmaqla bu şəxslərin çoxu Putinin 2022-ci ildə - müharibənin əvvəlində Ukraynanın kapitulyasiyası ilə bağlı danışıqlara göndərdiyi şəxslərdir.

Nəşr xatırladıb ki, bu danışıqların son sessiyası 2022-ci ilin martında İstanbulda keçirilib və Rusiyanın hərbi məğlubiyyətə uğraması, qoşunlarını Kiyevdən və Ukraynanın şimalındakı digər ərazilərdən çıxarması, buna baxmayaraq, aşkar kapitulyasiya tələb etməsi fonunda dayandırılıb.

Bütün bunlara rəğmən, “Reuters” xəbər verir ki, ABŞ-nin Türkiyədəki nümayəndə heyətinə dövlət katibi Marko Rubio, yüksək səviyyəli elçilər Stiv Uitkoff və Keyt Kelloq daxildir. Bu da ABŞ-nin və Ukraynanın görüşə daha ciddi yanaşmasından xəbər verir.

Qeyd edək ki, Donald Trampın özü də yaxın günlərdə “Ukrayna ilə bağlı yaxşı xəbər olacağını” deyib. Bu baxımdan, əksər ekspertlər qarşıdakı həftəni kritik vacib dönəm hesab edirlər. Bu gözləntilərin nə dərəcədə özünü doğruldacağı yaxın günlərdə məlum olacaq…(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam