Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İMAMOĞLUNUN OTEL SKANDALI- Gizli kassalar, qapadılan kameralar, müəmmalı görüşlər +VİDEO

Məlum olduğu kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Ekrem İmamoğlu rüşvət, tenderlərə müdaxilə və vəzifədən sui-istifadə ittihamları ilə həbs edilib. Son olaraq ortaya çıxan görüntülərdə, İmamoğlunun Beşiktaşda yerləşən bir oteldə "kassa" adlandırılan şəxslərlə gizli görüş keçirdiyi və bu görüşün qeydə alınmaması üçün mühafizəçilərinin oteldəki təhlükəsizlik kameralarını bantla bağladığı məlum olub.

Yenixeber.org: "Sabah" qəzetinin yazarı Melih Altınok bu hadisəni "Mafya filmlərinə qoya biləcəyiniz bir səhnə" sözləri ilə təsvir edib. Altınok yazısında hadisənin ciddiliyinə diqqət çəkərək, daha əvvəl 15 iyul dövlət çevrilişi cəhdində və son zəlzələ zamanı CHP rəhbərliyinin passiv davranışını da xatırladıb.


Qeyd edək ki, İBB-yə qarşı aparılan istintaq çərçivəsində əldə edilən təhlükəsizlik kamerası görüntülərində, 12 oktyabr 2024-cü il tarixində səhər saat 08:48-də əlində yük olan bir şəxsin Adnan Çebiyə məxsus otelə daxil olduğu görünür. Təxminən 50 dəqiqə sonra saat 09:14-də İmamoğlunun mühafizəçiləri görüşün keçiriləcəyi salonu görən bütün kameraları bantla bağlayır. Saat 10:04-də isə Ekrem İmamoğlu və onunla birgə korrupsiya cinayətlərində adı hallanan şəxslər — Tuncay Yılmaz, Ertan Yıldız, Adem Soytekin, Fatih Keleş və Hüseyin Köksal otelə daxil olurlar.

Görüş təxminən bir yarım saat davam edir. Saat 11:34-də isə bir nəfər iki çanta ilə oteldən çıxarkən kameralara düşür.


Bildirilir ki, istintaq sənədlərində adı çəkilən şəxslər — xüsusilə Fatih Keleş və Adem Soytekin — Ekrem İmamoğlu adından bir çox iş adamı və şirkətdən RÜŞVƏT toplamaqla ittiham olunurlar.

Bu gün kameraları bantlayan İmamoğlunun mühafizəçisi Çağlar Türkmenin də saxlanılıb.

Qeyd edək ki, Bu qalmaqallı görüntülər və ittihamlar Türkiyə ictimaiyyətində geniş rezonans doğurub və İmamoğlunun siyasi karyerası ilə bağlı ciddi şübhələr yaradıb.(azpolitika)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam