Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İmamoğlunun həbsi Ərdoğana nə verəcək? –Markov

Türkiyədə dramatik hadisələr yaşanır. Bunlar sabah bütün medianın ön səhifələrində yer alacaq. Burada nə vacibdir? İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu, eyni zamanda, 100-ə yaxın meriya işçisi, jurnalist və bankir saxlanılıb. İmamoğlu 2028-ci il prezident seçkisində müxalifətin əsas namizədidir. Və sosiologiyaya görə, o, seçkidə qalib gələ bilərdi. Həmçinin gəncdir.

Yenixeber.org: Bunu rusiyalı politoloq Sergey Markov deyib.

“O, korrupsiya və kürd terror təşkilatı ilə əlaqədə ittiham olunur. Eyni zamanda İmamoğlunun ali təhsil diplomu da ləğv edilib. Yalnız ali təhsilli şəxslər prezidentliyə namizəd ola bilər. Ona görə də bu, həm də açıq şəkildə qarşıdan gələn seçki ilə bağlıdır. Bir neçə il əvvəl İmamoğlu İstanbulda keçirilən seçkidə qalib gəlib.

Türkiyədə bütün sosial şəbəkələrə giriş məhdudiyyəti tətbiq edilib. Bu, iğtişaşdan ehtiyat etməkdir. İroniya odur ki, Ərdoğan bir vaxtlar İstanbulun gənc bələdiyyə sədri olub və bələdiyyə sədri kimi terroru dəstəkləmək ittihamı ilə həbs edilib. Və sonra Türkiyənin prezidenti oldu və Türkiyənin inkişafında bir dövrə çevrildi. İmamoğlu Avropaya müsbət yanaşan, Rusiyanı tənqid edən müxalifəti təmsil edir. Amma son vaxtlar Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Lakin şübhəsiz ki, onlar qərbyönlü müxalifətdir. Onun bələdiyyə başçıları İstanbulda, Ankarada, İzmirdədir. Bu partiyanı Kamal Atatürk yaradıb. Ərdoğan sərt davranır. İmamoğlunun həbsi nəticəsində Ankara AB və İngiltərə ilə münasibətləri korlayırsa, bu, Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşmasına səbəb olacaq”, - o bildirib.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam