Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Haber Global” XII Qlobal Bakı Forumunu Qafqazların "Münxen konfransı" kimi təqdim edib-VİDEO

 

Türkiyənin “Haber Global” telekanalı martın 13-də öz işinə başlayan XII Qlobal Bakı Forumu ilə bağlı süjet hazırlayıb.

Yenixeber.org xəbər verir ki, tədbiri Qafqazların "Münxen konfransı" kimi təqdim edən telekanal süjetdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də xarici işlər naziri Ceyhun Bayramovun forumda çox önəmli mesajlar verdiyini diqqətə çatdırıb:

"Dünən XII Qlobal Bakı Forumunun ilk günü idi. Həm Prezident İlham Əliyevin verdiyi mesajlar, həm də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan- Azərbaycan arasında sülh sazişi barədə açıqlamaları diqqət çəkdi. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi üzrə razılaşma əldə olunmuşdu. Ceyhun Bayramov isə martın 13-də son iki maddə ilə bağlı da razılaşma əldə olunduğunu açıqladı".

Süjetdə həmçinin qeyd olunub ki, Azərbaycan Ermənistandan konstitutisiyasının yeniləməsini və ölkəsinə qarşı olan ərazi iddialarının əsas qanundan çıxarılmasını da gözləyir. Digər məsələ isə ATƏT-in keçmiş Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam