Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bəhreyn-İran münasibətləri bərpa oluna bilər

Nüvə problemi ilə bağlı yenidən ciddi beynəlxalq təzyiqlərlə üzləşən Tehran qonşu ölkələrlə, xüsuilə də Kəngər körfəzində yerləşən dövlətlərlə münasibətlərin tənzimlənməsinə xüsusi diqqət yetirir.
Yenixeber.org:  ABŞ dövlət katibinin Xarici İşlər üzrə köməkçisi Barbara Leafın Bəhreynlə İran arasında diplomatik münasibətlərin bərpası ehtimalı ilə bağlı Konqres nümayəndələrinə verdiyi açıqlamasında  bildirib ki, rəsmi Manama tezliklə Tehranla diplomatik münasibətləri bərpa edəcək.
Səudiyyə Ərəbistanının 2015-ci ildə İranla əlaqələri kəsməsindən bir gün sonra Bəhreyn də Tehranla münasibətləri dayandırıb.
Bu il martın 10-da Çinin prezidenti Si Cinpinin vasitəçiliyi ilə Pekində əldə olunan razılaşmadan sonra Tehrala Ər-Riyad münasibətləri yeniləmək, iki ay sonra isə qarşılıqlı şəkildə səfirliklərini və digər nümayəndəliklərini açacaqları barədə qərar verdilər.
İran Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani də dünən İran və Bəhreyn arasında əlaqələrin bərpası ilə bağlı analoji ruhlu açıqlama verib.
“Bəhreyn bununla bağlı hazır olduğunu bəyan edib və biz bütün İslam ölkələri və regionla əlaqələri inkişaf etdirməkdə maraqlıyıq”, - Kənani deyib.
Bundan əvvəl isə Bəhreyn parlamentinin sədrinin birinci müavini Əbdül Nəbi Salman bu ilin aprelində Bəhreynin İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşmanı yaxından izlədiyini vurğulamışdı.
- Növbəti iki ay ərzində İranın bölgə ilə bağlı məqsədləri, ciddiliyi və xoş niyyəti bəlli olacaq. Əgər iranlılar bu məsələdə ciddi olsalar, Bəhreyn hökuməti və xalqı və regiondakı bütün ərəb ölkələri onları alqışlayacaq”, - Nəbi Salman bildirmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam