Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İran Qərb dövlətlərinin etimadını itirib, Tehranı ciddi cəza gözləyir” -RƏY

 

“İran rəhbərliyi apardığı yanlış siyasət nəticəsində Qərb dövlətlərinin etimadını itirib. Hazırda İrana göstərilən münasibətin birbaşa günahkarı bu ölkəyə rəhbərlik edən hakimiyyətdir”.

Yenixeber.org: Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Qərbin Tehran rejiminə etimad göstərməməsi bir çox istiqamətlərdə özünü açıq şəkildə büruzə verir.

"Bunun günahkarı da məhz İrandır. Belə ki, onların həyata keçirdiyi siyasət təcavüzkar və düşmənçilik siyasətidir. İranın ayrı-ayrı dövlətlərdə həyata keçirdiyi aksiyalar onu destruktiv mövqeyinin göstəricisidir. Bu baxımdan artıq bu gün deyə bilərik ki, bütün Qərb cəbhəsi İranı qəbul etmir. Bu isə bir çox sahələrdə özünü göstərir. Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında da Tehran hakimiyyətinin deyil, müxalifətin dəvət olunması bir daha göstərir ki, həqiqətən İran tamamilə bitib və qəbul edilmir. İran eyni münasibəti Azərbaycana qarşı da həyata keçirir.

Bu gün İran Ermənistanı dəstəkləməklə və bölgədə sabitliyi pozmaqla bunu bir daha açıq şəkildə göstərir. Biz bir daha deyirik ki, bu İran üçün siqnaldır. Odur ki, İran bu siqnaldan nəticə çıxarmalıdır. Əks halda, bu ölkə bundan daha çox əziyyət çəkəcək və daha ciddi sanksiyalarla üz-üzə qalacaq”, - C.Məmmədov söyləyib.

Deputat bir çox terror hadisələrində, qeyri-sabitlik və münaqişələrdə İranın rolunun olduğunu vurğulayıb: "Bölgədəki bir çox mənfi proseslər İranın siyasətini açıq şəkildə göstərir. Tehran öz siyasətində bu cür məqamlara diqqət yetirməli və münasibətlərini normal qurmalıdır. Onlar apardığı siyasət nəticəsində artıq dünyanın bir çox ölkəsi ilə münasibətləri pozub. Əvvəlki dövrdə bəzi Avropa dövlətləri İranla əməkdaşlıq edirdisə artıq bu gün həmin ölkələrin də bunu dayandırdığının şahidi oluruq. Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransına da İranın aşkarcasına dəvət olunmaması, müxalifətin dəvət olunması İrana göstərilən yanaşmanın davamıdır.

İran öz siyasətini mütləq dəyişməlidir. Dəyişmədiyi təqdirdə onlara bu cür münasibət davam edəcək. İran eyni istiqamətdə Azərbaycanla da münaqişələr yaşayır. Bu destruktiv siyasət özünü bir çox məsələ büruzə verir. Əlbəttə. Bu siyasət dünya tərəfindən də normal qarşılana bilməz. İrana dəfələrlə bu barədə xəbərdarlıq edilib. İran insan hüquq və azadlıqlarını pozan dövlət kimi tanınır. Tehran birmənalı olaraq yanaşmasını dəyişməli və normal münasibətlər qurmağa çalışmalıdır”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam