Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hökumətə yaxın daha 7 iş adamının əmlakına həbs qoyuldu

 

    "xeberinfo.com":Türkiyədə rüşvət və korrupsiya əməliyyatı çərçivəsində ikinci həbs dalğası hökumət tərəfindən əngəllənsə də, prokurorun 7 tanınmış iş adamı və 2 şirkətin daşınan və daşınmaz əmlakına həbs qoyulması barədə sanksiyası icra olunub.

   “Habertürk”xeber verir ki, ikinci dalğada həbs və axtarışlara sanksiya verən, hətta baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanı şübhəli şəxs qismində ifadə verməyə çağıran prokuror Müəmmər Akkaş cinayət işinin istintaqından kənarlaşdırılsa da, bundan qısa müddət öncə o, hökumətə yaxın tanınmış iş adamları Abdulla Tivnikli, Mustafa Lətif Topbaş, Camal Kalyoncu, Ömər Faruk Kalyoncu, Mehmet Cengiz, Üsamə Kutub və Cengiz Aktürkün, eləcə də “Kalyon” şirkətlər qrupuna aid “Zirve Holding”in və C. Aktürkün “Bosphjorus 360” adlı şirkətinin bütün mal varlığına həbs qoyulması barədə sanksiyanı poçt vasitəsilə müvafiq dövlət orqanlarına göndərə bilib. Həbs qərarı “mütəşəkkil cinayətkar dəstə qurmaq və idarə etmək”, “tenderlərdə qanunsuzluq”, “rüşvət”, “dövlət malına zərər vermək” ittihamları ilə başlanan cinayət işi çərçivəsində verilib.  

    Qeyd edək ki, adı çəkilən iş adamları hazırda dövlətin həyata keçirdiyi İstanbulda üçüncü körpü və üçüncü hava limanı kimi nəhəng infrastruktur layihələrində iştirak edən şəxslərdir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam